Orta Şərqdə sabitlik yaranmayacaq- RƏY
Sionist rejim mövcud olduqca o coğrafiyada savaşlar bitməyəcək. Bu gün İsraillə Livan (Hizbullah) arasında əldə olunan razılaşmada bildirilib ki, İsrail öz ordusunu Livanın cənubundan çıxaracaq, Livan ordusu isə Litani çayının cənubunda, İsraillə sərhəddəki 33 posta təxminən 5000 əsgər yerləşdirəcək. Eyni zamanda, Hizbullah Cənubi Livanı tərk edəcək, onun hərbi infrastrukturu isə dağıdılacaq.